Hizbullah son və ən mühüm əməliyyatında bir neçə raketlə “Səxneyn” hərbi sənaye bazasını hədəfə alıb.
Hizbullah həmçinin Arun ər-Rəs və Yarun qəsəbələrinə sızmış sionist rejim əsgərlərini 4 bomba partlatmaqla hədəfə alıb və onlardan bir neçəsini öldürüb və yaralayıb.
Hizbullah başqa bir əməliyyatda Natua qəsəbəsində sionist rejimin Merkava tankını idarə olunan raketlə hədəfə alıb və onu məhv edib.
Livan islami müqaviməti başqa bir bəyanatda belə bildirib: “Qəzzə zolağında mətanətli Fələstin xalqına, onların cəsarətli və şərəfli müqavimətinə dəstək olaraq, eləcə də Livan və onun xalqının müdafiəsi məqsədilə islami müqavimətin mücahidləri, Qolani briqadasının qüvvələri Marun ər-Ras şəhərini qərb istiqamətindən yan keçməyi planlaşdırarkən onların yolu üzərində güclü bir bomba partladıblar. Düşmən qüvvələri hamısı ölüb və yaralanıb.
Sizin rəyiniz